!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçin NATO-ya üzvlüyü: Stoltenberq niyə nikbindir?

!Reklam – Yazi

NATO-nun baş katibi İsveçin alyansa tamhüquqlu üzvlüyü üçün konkret müddəti açıqladı.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin bu il noyabrın sonlarına qədər Şimali Atlantika ittifaqına daxil olacağını bəyan edib.

Baş katibin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyünə dair zəruri prosedurlar iştirakçı ölkələrin xarici işlər nazirlərinin 28-29 noyabrda baş tutacaq görüşündən gec olmayaraq yekunlaşdırılacaq.

Bu barədə açıqlama verən İsveçin Avropa İttifaqı (Aİ) üzrə naziri Cessika Rosvoll ölkəsinin NATO-ya üzvlük məsələsini macarıstanlı həmkarı ilə müzakirə edəcəyini bildirib.

Xatırladaq ki, NATO ölkələri arasında hələlik yalnız Türkiyə və Macarıstan İsveçin alyansa üzvlük qərarını ratifikasiya etməyib.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv