!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrə bankları zərərdə: İşçi ixtisarları gözlənilir

!Reklam – Yazi

İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse” bu ilin sonuna qədər 2700 nəfəri və ya ümumi işçi qüvvəsinin 5 faizini ixtisar edəcək.

Yenicag.az “Reuters”ə istinadən bildirir ki, bu qərar “Credit Suisse” bankının 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini və restrukturizasiya strategiyasında yer alıb. Belə ki, bankın ilin üçüncü rübündə 400 milyon İsveçrə frankı zərər gözləməsi ilə bağlıdır.

“Credit Suisse” bəyan edib ki, zərər onun strategiyasının nəzərdən keçirilməsi ilə bağlı təxirə salınmış vergi aktivlərində 3,7 milyard frank dəyərsizləşməni əks etdirir. İnvestorların təzyiqi altında olan bank investisiya bankının fəaliyyətinə və gəlirlərinə mənfi təsir göstərən məhkəmə xərclərini aradan qaldırmaq üçün fəaliyyətində strateji dəyişiklik edəcəyini də bəyan edib. Həmçinin bank 2025-ci ilə qədər xərclərini 2,5 milyard İsveçrə frankı azaltmağı hədəfləyir.

Gülşən

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv