!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

!Reklam – Yazi

İsveçrənin Tehrandakı səfiri Nadine Lozano diplomatik missiyanın “Twitter” səhifəsində son yazıları ilə əlaqədar bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb “İsveçrənin İranın daxili işlərinə qarışması, həmçinin bu ölkənin səfirliyi tərəfindən sosial şəbəkələrdəki səhifəsindən qeyri-peşəkar şəkildə istifadə edərək İran bayrağının təhrif olunmuş təsviri olan fotoları dərc etməsi” olub.

Səfirə bu yaxınlarda diplomatik missiyanın “Twitter”də dərc olunması ilə bağlı İran rəhbərliyinin narazılığı və etirazları barədə məlumat verilib. Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, səfirliyin bu cür hərəkətləri iki dövləti birləşdirən dostluq münasibətlərinə uyğun gəlmir.

Öz növbəsində, səfir bu barədə İsveçrə Xarici İşlər Nazirliyinə məlumat verəcəyini bildirib./Trend/

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv