!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrədən Rusiyaya qarşı 6-cı SANKSİYA ZƏRFİ: Neft alışına embarqo qoyuldu

!Reklam – Yazi

İsveçrə Federal Şurası Rusiya və Belarusa qarşı növbəti sanksiya zərfini qəbul edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Federal Şuranın yaydığı məlumata görə, bu barədə qərar iyunun 10-da qəbul edilib.

6-cı sanksiya zərfinə əsasən, İsveçrənin Rusiyadan xam neft və neft məhsullarının alışı da qadağan edilib.

Eyni zamanda, yeni sanksiyalara uyğun olaraq, bundan sonra Rusiyaya maliyyə sferasında audit və biznes-məsləhət xidmətinin göstərilməsi də dayandırılacaq.

Həmçinin Rusiyaya məxsus KİV tərəfindən yaradılan və yayımlanan kontentlərdə reklam yerləşdirilməsi də qadağan ediləcək.

Qeyd olunur ki, bu gün qəbul edilən sanksiyalar müəyyən keçid mərhələlərindən sonra 2023-cü ilin əvvəlində tədricən qüvvəyə minəcək.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv