!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrənin Azərbaycandakı səfiri: “Ölkəmiz vasitəçilik etməyə hazırdır” – EKSKLÜZİV

!Reklam – Yazi

“Mülki insanların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqi öhdəliklərə əməl etmək vacibdir”.

Bu fikirləri Yenicag.ru-ya eksklüziv müsahibəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqda danışan İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistan üzrə səfiri Muriel Peneveyre səsləndirib.

Xanım səfir münaqişənin diplomatik yolla həllinin daha məqbul variant olduğunu deyib.

“Bu qarşıdurmada sevdiklərini itirən hər kəsin kədərini bölüşürük. İsveçrə Ermənistan və Azərbaycan arasında davam edən şiddətli qarşıdurmadan çox narahatdır və bütün tərəfləri regional sabitliyi qorumağa və münaqişənin diplomatik yolla həllinə başlamağa çağırır.

Xüsusilə, mülki insanların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqi öhdəliklərə əməl etmək vacibdir. Danışıqlar dərhal və heç bir şərt qoyulmadan davam etdirilməlidir.

İsveçrə Minsk Qrupu həmsədr ölkələrinin münaqişənin danışıqlar yolu ilə həlli səylərini tamamilə dəstəkləyir və ən yüksək səviyyədə görüşlərin keçirilməsinə vasitəçilik etməyə hazırdır”, – deyə Muriel Peneveyre bildirib.

Yenicag.az xanım səfirlə müsahibənin geniş variantını təqdim edir:

Cəmilə Çebotaryova

Hazırladı: Aqil Bəkirov

www.yenicag.az

2660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv