!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İt allergiyasına qarşı peyvənd yaradılacaq

!Reklam – Yazi

Seçenov Universitetinin alimləri Vyana Tibb Universitetinin həmkarları ilə birlikdə it allergiyasına qarşı peyvənd üzərində işləyirlər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Tibb Universiteti məlumat yayıb.

Tədqiqatçıların fikrincə, dünyada təxminən 150 milyon insan itlərə qarşı allergiyadan əziyyət çəkir. Buna görə xəstələrin həyatını asanlaşdırmağa kömək edən dərmanların yaradılması vacibdir.

Əvvəllər mütəxəssislər artıq öz effektivliyinə görə xarici bazarda mövcud olan dərmanları üstələyən pişik allergiyasına qarşı “SuperCat” peyvəndi yaratmışdılar. “SuperCat” klinik sınaqlara müsabət cavab verib.

“Peyvəndin yaradılması üzərində iki qrup çalışıb – Moskva və Vyanada. Çətin və uzun iş idi, amma buna dəyərdi. Növbəti mərhələ 2023-2024-cü illərdə başlamağı planlaşdırdığımız toksikoloji və klinik sınaqlar və peyvəndin sonrakı qeydiyyatıdır. “SuperCat”a bənzər yeni it allergiyası peyvəndi yaradılacaq”, – layihənin rəhbəri, Seçenov Universitetinin Kliniki İmmunologiya və Allerqologiya kafedrasının müdiri Aleksandr Karaulov bildirib.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv