Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İT sektorunda “MƏRKƏZDƏNQAÇMA”: “Bu fənni tədris edən müəllim 1 saat üçün 3 manat alırsa...” - Osman Gündüz

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İT mütəxəssislərinin formalaşması üçün ciddi addımlar atmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu ölkədə informasiya texnologiyalarının tədrisi ilə bağlı vəziyyəti dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz vurğulayıb ki, rəqəmsal transformasiya, texnologiyaların tətbiqi İT kadrlar olmadan mümkünsüzdür. Bu sahədə isə ciddi problemlərimiz var:

“Uzun müddətdir ki, bütün dünyada rəqəmsallaşma, süni intellekt və innovasiyaların tətbiqi istiqamətində ciddi çalışmalar müşahidə olunur. Ölkəmizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, konseptual bir yanaşma ortaya qoyulmayıb və problemlər həddindən çoxdur.

Ümumiyyətlə, ölkəmizdə İT-yə həvəsi 10 və 11-ci siniflərdə yerindəcə boğuruq. Dövlət İmtahan Mərkəzi İT ixtisası seçənlərdən İnformatika əvəzinə, kimya fənnindən imtahan götürdüyü üçün məktəblər, müəllimlər, kurslar, repetitorlar, valideynlər əllərindəki resursları kimya fənninə xərcləyirlər. Nəticədə bütün məktəblərdə yuxarı siniflərdə İnformatika fənni bilərəkdən məhv edilir”.

Ekspert bildirib ki, hazırda dövlət universitetlərində bütün İT ixtisasları üzrə saat hesabı dərs deyən müəllim 1 saat üçün cəmi 3 manat alır. Özəl universitetlərdə isə İT ixtisası tədris edən müəllim 1 saat üçün 15-25 manat ala bilir. Bu, acınacaqlı vəziyyətdir:

“Adətən, yaxşı proqramçılar, praktikaya yiyələnən İT mütəxəssisləri universitetdən kənarda, biznes və ya dövlət sektorunda çalışırlar, aylıq əmək haqları isə 2500 manatdan yuxarıdır. Universitetlər məcburdur ki, İT sahədə təcrübəsi olan, peşəkar kadrları kənardan cəlb etsinlər.

Saat hesabı universitetdə dərs demək heç bir halda peşəkar gənc kadrlara sərf etmir. Bunun nəticəsidir ki, biznes və dövlət sektorunda çalışan peşəkar mütəxəssislərin heç birisi dərs deməkdə maraqlı olmur.

Düşünürəm ki, hökumət təcili bu məsələlərə ciddi diqqət yetirməlidir. Rəqəmsallaşmaya cavabdeh dövlət qurumu NRYTN bu istiqamətdə səyləri gücləndirməlidir. Təhsil Nazirliyi, Nazirlər Kabineti dövlət ali təhsil müəssisələrində əmək haqqı məsələlərinə müasir çağırışlar baxımından yenidən baxmalıdır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

255
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100