İtaliya prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sercio Mattarella Azərbaycan və İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.