İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub.
Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub.
İyulun 27-də Alto Adidjee dağlarında bir norveçli idmançını ildırım vuraraq öldürüb. Həmin idmançı yürüşdə iştirak edirmiş.