!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyada xəstəxanada yanğın: Ölənlər var

!Reklam – Yazi

İtaliyanın Tivoli şəhərindəki xəstəxanada baş verən güclü yanğın nəticəsində 4 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, xəstəxananın zirzəmisində başlayan yanğın qısa müddətdə Təcili tibbi yardım və Reanimasiya şöbələrini əhatə edib, tüstü yuxarı mərtəbələrə yayılıb. Mülki müdafiə qüvvələri yanğını lokallaşdıra bilib.

Tibb işçiləri də daxil olmaqla, 200-dək insan xəstəxana binasından təxliyə edilib. Yanğın zamanı binada 134 xəstə, o cümlədən 7 uşaq və bir neçə yeni doğulmuş körpə olub. Onların hamısı paytaxt Roma və digər ərazilərdəki müxtəlif xəstəxanalara köçürülüb.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv