!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyadan Parisə Azərbaycanla bağlı İRAD: XİN rəhbəri tənqid edildi

!Reklam – Yazi

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. 

Yenicag.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İtaliya naziri iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransa hazırlaşan Azərbaycanın müharibədə maraqlı olmadığını əsaslandırıb. İtaliyalı nazir fransalı həmkarının açıqlamalarının vəziyyəti sakitləşdirməyə kömək etmədiyini bildirib.

E.Şahinoğlunun sözlərinə görə, İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşlarındandır və Roma bu tərəfdaşlığa sadiq qalaraq Fransanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb:

“Növbə Azərbaycanın Avropadakı digər tərəfdaşlarınındır. Bakı Avropadakı tərəfdaşlarına xatırlatmalıdır ki, Fransanın Cənubi Qafqazdakı siyasəti gərginliyi artırır və bu, ümumilikdə Avropa İttifaqının maraqlarına zərər vurur. Elə etməliyik ki, Avropadakı tərəfdaşlarımız – Macarıstanın, Polşanın, Baltik ölkələrinin, Rumıniyanın, Çexiyanın, Bolqarıstanın da rəsmiləri Fransanın Azərbaycan əleyhinə siyasətini tənqid etsinlər. Bu tənqidlər Parisin Cənubi Qafqaz siyasətinin dəyişməsinə gətirib çıxarmasa belə, Fransa hakimiyyəti anlayacaq ki, anti-Azərbaycan mövqeyində Avropada tərəfdarı yoxdur və bu təkliyin onun üçün müsbət nəticəsi olmayacaq”.

Yenicag.az

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv