!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyanın 8 şəhərində istilər səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edildi

!Reklam – Yazi

İtaliyanın səkkiz şəhərində, o cümlədən Romada kəskin istilər səbəbindən “qırmızı” təhlükə səviyyəsi elan edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

İtaliyanın paytaxtında havanın temperaturu 37 dərəcəyə çatıb.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, bu həftə İtaliyada Afrika antisiklonuna görə hava rekord səviyyəyə qədər istiləşəcək. Belə ki, Sardiniya adasında 45-47 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.

Güclü istilərlə əlaqədar meteoroloqlar hər kəsi bütün ehtiyat tədbirlərinə əməl etməyə çağırır.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv