!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyanın Baş naziri on illik sevgilisindən buna görə AYRILDI - FOTO

!Reklam – Yazi

İtaliyanın Baş naziri sevgilisi ilə münasibətinin bitdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni satirik televiziya verilişində əxlaqsız ifadələr işlətdikdən sonra sevgilisi jurnalist Andrea Cambruno ilə münasibətinin bitdiyini açıqlayıb.

“Bu mənim Andrea Cambruno ilə demək olar ki, on il davam edən münasibətimə son qoyur”, deyə Meloni sosial şəbəkələrdə yazıb.

Verilişə Cambruno qadınla danışır, evli olub-olmadığını soruşur və qadını üçlükdə seksdə iştirak etməyə dəvət edir.

“Birlikdə keçirdiyimiz gözəl illərə, keçdiyimiz çətinliklərə və mənə həyatımdakı ən vacib şeyi – qızımız Cinevranı verdiyinə görə ona minnətdaram”, – Meloni deyib.

Qeyd edək ki, Meloni və Cambruno 2015-ci ildə televiziya proqramında çəkiliş zamanı tanış olublar. Proqramın müəllifi Cambruno, qonaq isə Meloni olub.

Onların yeddi yaşında bir qızı var.

Xuraman Etibarlı

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv