!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyanın müdafiə naziri təcili xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

!Reklam – Yazi

İtaliyanın müdafiə naziri təcili xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “ANSA” Agentliyi yayıb.

Bildirilir ki, İtaliyanın müdafiə naziri Quido Krozetto ürəyin xarici qişasının iltihabı (perikardit) şübhəsi ilə təcili olaraq Romada xəstəxanaya yerləşdirilib.

Agentliyin məlumatına görə, o, dünən axşam döş qəfəsindəki şiddətli ağrılardan şikayət edərək təcili yardıma təkbaşına gəlib.

60 yaşlı nazir bütün lazımi analizlərdən keçib, diaqnoz dəqiqləşdirilir.

Krozetto baş nazir Corci Meloninin ən yaxın adamlarından biridir. O, İtaliya hökumətinin əsas fiqurlarından biri hesab olunur.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv