Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"İtaliyanın TAP layihəsindən imtinası ekoloji problemlərlə bağlıdır” - Nazim Bəydəmirli

“İtaliyanın yeni hökumətinin TAP layihəsindən imtinası ekoloji problemlərlə bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Romada əyləşən yeni hökumətin TAP layihəsini mənasız hesab edərək, ondan imtina edəcəklərilə bağlı səslənən fikirlərinə münasibət bildirərkən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib:

“TAP layihəsi vaxtilə müzakirə olunan zaman müəyyən ekoloji problemlər də qaldırılmışdı O da var ki, postsovet ölkələrindən fərqli olaraq Avropanın yüksək inkişaf etmiş dövlətlərində ekoloji həssaslıq çox yüksəkdir. Yəqin ki, məhz bu baxımdan da yeni İtaliya hökuməti belə populist addımlar atır. Görünür, İtaliyanın yeni hökuməti seçki dönəmində seçicilərə ekologiya ilə bağlı verdiyi vədlərə uyğun belə addımlar atır. Təbii ki, hər bir ölkə istəyir ki, müxtəlif diversifikasiya olunmuş enerji layihələrindən yararlansın. Buna onların təbii haqqı da var. Bilirsiniz ki, Rusiyanın “Qazprom” şirkəti enerji layihələrindən silah qismində istifadə edərək, bu sahədə öz monopoliyasını yaradır. Həmin şirkət Avropanın “Qazprom”dan asılılığını daha da artırmaq niyyətində idi. Ona görə də, Avropa Birliyi (AB) ölkələri Azərbaycan, Türkmənistan və digər ölkələrdən alternativ qaz xətlərinin çəkilməsində maraqlıdır. Bu baxımdan TAP-la bağlı da iqtisadi maraqlar göz önündədir. Sadəcə, Avropada ekoloji problemlərə həssas yanaşdıqlarından, İtaliya hökuməti də yəqin ki, bu amili əsas tutaraq, TAP-dan çıxmaq barədə bəyanat verib. Amma güman edirəm ki, bu müvvəqəti atılan addımdır”.

Həmsöhbətimizin fikrincə, İtaliya TAP-dan ayrılsa belə, onun həmin layihənin fəaliyyətinə heç bir halda təsiri olmayacaq:

“Əslində TAP və TANAP kimi layihələrin maliyyələşdirilməsi əsasən elə Azərbaycanın üzərinə düşüb. Düzdür, bu layihənin işə düşməsinin Avropanın enerji təhlükəsində ölkəmizin rolunun artması ilə izah edilməsinin tərəfdarı deyiləm. Çünki, əslində AB ölkələrinin enerji tələbatının maksimum 2 faizinə qədərini Azərbaycan verir. Ancaq elə ölkələr var ki, məsələn Bolqarıstanın qaza olan ehtiyacının 30 faizini qarşılamağa qadirik. Bu mənada da Romanın TAP-dan imtina etməsilə həmin layihənin əhəmiyyətdən düşəcəyini güman etmirəm. İtaliya olmadıqda, layihəni onsuz da başqa ölkələrlə həyata keçirmək mümkündür”.

Xatırladaq ki, İtaliyanın yeni hökuməti Romanın TAP kəməri layihəsində iştirakını yenidən nəzərdən keçirəcəklərini bəyan edib. Belə ki, ölkənin ətraf mühit naziri Serjio Kosta energetika siyasəti və qaza olan tələbatı nəzərə alaraq, TAP layihəsini hazırda tamamilə mənasız hesab etdiklərini deyib. Sözügedən layihənin ümumi dəyəri 4,5 milyard avrodur.

ELÇİN

www.yenicag.az

1859
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100