!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyanın tarixi şəhərində turistlər üçün qadağa tətbiq edildi

!Reklam – Yazi

İtaliyanın turizm bölgələrindən biri olan Florensiyada tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlər üçün qısamüddətli ev kirayələrinə qadağan qoyulub.

Bununla bağlı Florensiya Şəhər Şurası tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, “Airbnb” kimi platformalar vasitəsilə qısamüddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.

Həmçinin qərarda qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayə verən ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulub.
Florensiya bələdiyyə sədri Dario Nardella məsələ ilə bağlı açıqlamasında bu qərarın yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib. Onun sözlərinə görə, qısamüddətli mənzil kirayəsi, həmçinin şəhərdə kirayə qiymətlərinin də artmasına səbəb olub.

Mənbə: Haber Global

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv