!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən 13 yaşlı məktəbli tapıldı - YENİLƏNDİ

!Reklam – Yazi

Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapıldı. Hazırda Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcəkdir.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

*

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

Yenicag.az xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv