Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"İtkin" düşən Avropa və Dünya mükafatçımızdan xəbər var - Karyerasında yeni səhifə  

Reklam: High Technic

Azərbaycanın tanınmış boksçularından, Avropa və Dünya mükafatçısı, Olimpiya oyunlarının iştirakçısı Vətən Hüseynli karyerasında dəyişiklik etmək qərarına gəlib.

Uzun müddətdir gözə dəyməyən, hətta buna görə federasiya ilə ciddi probleminin olması deyilən Hüseynli yenə boksda olacaq, amma Olimpiya növündə yox, peşəkarlar arasında döyüşəcək.

Tanınmış boksçu bu barədə Yeniçağ.az-a özü danışıb:

“Düzdür, uzun müddətdir yoxam. Bəzi səbəblərdən – aldığım zədələr üzündən fasilə verməli oldum. Yaxın zamanda isə yenidən boksa qayıdacam. Amma bu dəfə peşəkarlar arasında döyüşəcəm. Çünki özümü peşəkar boksda görürəm.
Düzdür, 2 il bundan əvvəl milliyə dəvət olunmuşdum. Federasiya ilə də heç bir problemim yoxdur. Yenə deyirəm fasilə verməyimə səbəb zədələrim olub”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

448