!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən ukraynalı hərbçilərin SAYI: “Bu barədə səsləndirilən rəqəmlər...”

!Reklam – Yazi

“Döyüşdə həlak olan hərbçilərimizin cəsədlərinin qaytarılması istiqamətində işlər görülür”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Xüsusi şəraitdə itkin düşən vətəndaşların işi üzrə səlahiyyətli şəxs Oleq Kotenkko deyib.

Onun sözlərinə görə, itkin düşən ukraynalı hərbçilərin sayının 7 min nəfər civarında olduğuna dair ilkin informasiya reallıqdan uzaqdır:

“Artıq bu günə kimi döyüşlərdə həlak olan 500-dən çox hərbçimizin cəsədi geri qaytarılıb.

Biz deyirdik ki, ümumilikdə 7 minə yaxın hərbçi itkin düşmüş sayılır. Ancaq bu rəqəm dəqiq deyil.

O vaxtdan bəri bu sayın cəmi 20-25 faizi həddində hərbçimizi tapmışıq, onların əsirlikdə olduğu aşkarlanıb. Ona görə də itkin düşənlərin real sayı 7 mindən çox azdır.

Dəqiqləşdirmə işləri müntəzəm aparılır. İşlər görülür və hesab edirəm ki, həlak olmuş bütün hərbçilərimizin cəsədini geri qaytaracağıq”.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv