!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İtkin gəlin”in məşhur aktyorları İLLƏR ÖNCƏ - VİDEO

!Reklam – Yazi

90-cı illərin ən məşhur serialı olan “İtkin gəlin”in uzun illərdən sonra bir kadrı yayımlayıb.

Yenicag.az xəbər verir ki, aktyor Cavidan Novruz tərəfindən yayılan video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Çoxları bilmir ki, həmin görüntüdə Yusif və Elməddin obrazında çəkilən aktyorlar Əməkdar artistlər Elşən Rüstəmov və Kazım Həsənquliyevdir.

Cavidan bu barədə xatırlama verərək, həmin aktyorlarla indi eyni səhnəni bölüşdüyü üçün fəxr etdiyini bildirib:

“Görün kimlərlə bir aradayıq? Azərbaycanın ilk serialı olan “İtkin gəlin”in Yusif və Elməddinini xatırladınız? Allah ömür versin hər ikinizə, sizinlə bir səhnəni bölüşmək qürurdur, dəyərli Kazım və Elşən müəllim”.

Qeyd edək ki, “İtkin gəlin” serialı 1994-cü ildə lentə alınıb. Film Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırılıb. Filmin rejissoru mərhum Xalq artisti Lütfi Məmmədbəyovdur. Ekran işində baş rolda Xalq artisti Məleykə Əsədova çəkilib.

Videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv