Bu dəqiqələrdə Bakı Olimpiya Stadionunda IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminə start verildi.
Yeniçağ.Az xəbər verir ki, mərasimi məşhur şoumen Murad Dadaşov və Hüsniyyə Məhərrəmova açaraq qonaqları salamladılar. İlk olaraq səhnəyə Çingiz Mustafayev və Palmas qrupu çıxdı. Daha sonra səhnəyə Aslan Növrəsli dəvət olundu. O, Azərbaycanın qədim milli aləti olan tarda ifa etdi. Hazırda Azərbaycan gimnastları şou proqramla çıxış edirlər. Bir az sonra canlı yayım başlayacaq.
Tədbirdən ilk görüntüləri təqdim edirik.