!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İxtisas seçimi nə vaxt başlayır? - DİM-dən AÇIQLAMA

!Reklam – Yazi

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. İmtahanda uğur qazanan abituriyentləri və onların valiydenlərini ən çox maraqlandıran məsələ univeristetlərə ixtisas seçiminin nə vaxt başlayacağıdır.

Yenicag.az xəbər verir ki, Modern.az-ın əməkdaşı ixtisas seçiminin vaxtını dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.

O bildirib ki, imtahan nəticələri elan olunandan sonra ixtisas seçiminin tarixi müəyyən ediləcək.

“İmtahan nəticələri bəlli olandan sonra məlumat veriləcək. Bilirsiniz ki, imtahanlar artıq başa çatıb. Sonuncu imtahanlar iyul ayının 22-i və 23-də keçirilib. Onların nəticələri təxminən 2 həftə ərzində elan olunacaq. Bundan sonra ixtisas seçiminin tarixləri dəqiqləşəcək və ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək. Güman edirəm ki, ixtisas seçimi avqust ayının ortalarından sonraya təsadüf edəcək”, – DİM rəsmisi qeyd edib.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv