!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İYİ Partiyadan Bağçalının “birləşək” çağırışına cavab verildi

!Reklam – Yazi

Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaq qurmuş Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının bələdiyyə seçkilərində birləşmə çağırışına İYİ Partiyadan cavab gəlib.

Yenicag.az xəbər verir ki, partiya sözçüsü Kürşad Zorlu MHP ilə hər hansı ittifaqı istisna edib.

Zorlu yazılı açıqlamasında Türkiyə sevdalılarını İYİ Partiyada birləşməyə çağırıb və avqustun 26-da partiya sədri Meral Akşenərin önəmli açıqlamalar verəcəyini qeyd edib.

Xatırladaq ki, MHP-nin AKP ilə yaxınlaşmasını dəstəkləməyən bir qrup siyasətçi partiyadan ayrılaraq İYİ Partiyanı qurmuş, daha sonra İYİ Partiyadan ayrılanlar da Zəfər Partiyasını yaratmışdılar. Milliyyətçi cəbhənin təmsil olunduğu üç partiyadan son ikisi hazırda birləşmə ehtimalını gözardı edir. MHP isə “evə dönün” çağırışlarını artırır.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv