İyuldan 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq

Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.

Yenicag.az-ın məlumatına görə, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Rusiyadan Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin, payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Azərbaycanla Türkiyə arasında uçuşlar da iyunun 15-də bərpa oluna bilər. Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməsə də, Türkiyə artıq bu barədə açıqlama verib.

COP29