Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatdı - 949 yaralı / YENİLƏNDİ

İzmirdəki zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.

Yenicag.az, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 949 nəfərdən 729 evə buraxılıb, 220-si xəstəxana şəraitində müalicə olunur.

***

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

“Zəlzələ nəticəsində 64 nəfər həlak olub, daha 940 nəfər xəsarət alıb”, – deyə agentliyin xəbərində bildirilir.

***

Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.

Prezidentin sözlərinə görə, indiyədək 58 nəfər zəlzələdən həlak olub, 896 nəfər yaralanı

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 55-ə yüksəlib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

*** 10:16

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 43 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

***01.11.2020

00:39

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 39-a yüksəlib, 885 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

22:22

İzmir şəhərində baş verən zəlzələ nəticəsində indiyədək 37 nəfər həlak olub.

Bunu bu gün İzmirin Seferhisar rayonuna gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib: “Hazırda 37 həlak olan və 885 yaralımız var. Dağıntılar altından çıxarılan vətəndaşlarımızın sayı 103-dür”.

Ərdoğan əlavə edib ki, yaralılardan 667-si xəstəxanadan evə buraxılıb:

“218 vətəndaşın müalicəsi davam edir. 8 nəfər reanimasiyadadır. Üç nəfərin vəziyyəti ağırdır”.

Türkiyə lideri bildirib ki, 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajlarını çatdırıblar.

***

19:41

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

***

18:25

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə, xəsarət alanların sayı 885 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

www.yenicag.az

1176
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100