Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İzmirdən Bakıya uçan təyyarə məcburi eniş edib

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib.

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi “Buta Airways”in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib.

Yenicag.az xəbər verir ki, buna sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) səbəb olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir./Report

www.yenicag.az

1126
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100