!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternat gözəlindən ŞOK SÖZLƏR: Ayaqlarımı yandırdılar, satıldım, 386 nəfər zorladı... - VİDEO

!Reklam – Yazi

Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı olan Ramal Hüseynov SMG Media ilə birgə yeni sosial layihə başladıb.

Dalan 18+ adlı layihə faciəvi həyat yaşamış insanların təsirli və ağır həyat hekayələrini izləyicilərə çatdırır. Silsilə buraxılışlardan ibarət bu layihədə insan alveri, qadın haqları, məişət zorakılığı, gender problemləri, uşaqlara qarşı cinsi zorakılıq, psixoloji və digər zorakılıq növlərini yaşamış insanların real hekayələri onların öz dilindən nəql olunur.

Ramal Hüseynov layihə haqqında fikirlərini bölüşərkən bildirib ki, bu həyat hekayələrini olduğu kimi təqdim etməkdə əsas məqsədimiz cəmiyyətimizdəki çox insanların xəbərsiz olduğu problemləri real şəxslər üzərində göstərmək və nəticə çıxarmağı onların özünə buraxmaqdır. “Biz bu həqiqətləri heç bir mübaliğəsiz, təhrif, tənqid və təbliğ etmədən ictimaiyyətə çatdırmaqla valideynlərə, gənclərimizə, ümumilikdə cəmiyyətimizə bir həyəcan təbili çalırıq. Onları daha diqqətli olmağa, bu hekayələrdən düzgün nəticə çıxarmağa çağırırıq.”, – deyə aparıcı sözlərinə əlavə edib. O, həmçinin, oxşar həyat hekayələrini yaşamış insanlara səslənərək onları yaşadıqları hadisələri istər anonim, istərsə də açıq şəkildə bölüşməyə dəvət edib. “Bu halların heç birinə laqeyd yanaşmaq olmaz. Nə qədər çox insan bu barədə məlumatlansa, onların həllini birgə daha rahat tapmaq olar”.

Qeyd edək ki, Dalan 18+ layihəsinin ilk buraxılışında insan alverinin faciəvi qurbanı olmuş bir qadın öz yaşadıqlarını bütün incəlikləri ilə bölüşüb. Biz də həmin videonu izləyicilərimizlə bölüşürük.

 

www.yenicag.az

4238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv