!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Janna Andreasyan Azərbaycanın təhsil naziri naziri ola bilər” – Erməni siyasətçi

!Reklam – Yazi

“Janna Andreasyan bu düşüncə və ideologiya ilə Azərbaycanın təhsil naziri postuna müraciət edə bilər”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, erməni siyasətçi Edqar Kazaryan Təhsil, Elm Nazirliyinin binası qarşısında keçirilən mitinqdə deyib.

O bildirib ki, təhsil naziri Ermənistanın tarixini məhv edir və bu düşüncə və ideologiya ilə Azərbaycana xidmət etmiş olur.

“Bu insanlar dövlətimizi ardıcıl olaraq çökdürməyi və məhv etməyi qarşılarına məqsəd qoyublar və bu istiqamətdə məqsədyönlü siyasət aparırlar”.

Edqar Kazaryanın sözlərinə görə, Ermənistanın təhsil naziri Janna Andreasyanın yanaşmaları erməni xalqının maraqları ilə tamamilə ziddiyyət təşkil edir.

“Əgər təyinat olarsa Janna Andreasyan öz düşüncəsi və ideologiyası ilə Azərbaycanın təhsil naziri postuna müraciət edə bilər”, – Kazaryan qeyd edib.

Qeyd edək ki, “Təhrif olunmuş dərsliyi rədd et” hərəkatı Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında “Keçmişi xilas et – gələcəyi qoru” şüarı ilə etiraz aksiyası keçirir.
Aksiya iştirakçıları 7-ci sinif erməni tarixi dərsliyinin rədd edilməsini, təhsili və sosial elmlər naziri Janna Andreasyanın istefasını tələb edirlər.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv