!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“JEK”-lər özəlləşəcək

!Reklam – Yazi

15320514_834237186719586_1487238323_nMaliyyə naziri Samir Şərifov mənzil- kommunal xidmət obyektlərinin tam özəlləşdirilməsinin mümkün olduğunu dilə gətirib.

Görəsən, sözügedən addımın reallaşarsa bu, həmin sektora nə vəd edəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirdi ki, mənzil-kommunal sahələrin özəlləşdirilməsi bir tərəfdən dövlət büdcəsinin yükünü azaltmağa xidmət edəcək, digər tərəfdən də sahənin təklif etdiyi xidmətlərin keyfiyyəti yüksələcək. Eyni zamanda, proses ilkin mərhələdə kommunal xidmətlər üzrə qiymətləri də bahalaşdıra bilər:

“Azərbaycanda uzun müddətdir müzakirə predmeti olan bir neçə məsələ vardır ki, onlardan biri də məhz Mənzil-Kommunal Sahələrinin özəlləşdirilməyə verilməsilə bağlıdır. Heç kimə sirr deyil ki, ölkəmizdə kommunal xidmətləri təklif edən qurumların fəaliyyəti kifayət qədər səmərəsizdir. Burada şəffaflıq çox aşağı səviyyədədir. Bu müəssisələr beynəlxalq sferada olan opponentlərinin fəaliyyətilə müqayisədə kifayət qədər qeyri-peşəkar səviyyədə idarə olunur. Məsələyə bu kontekstdən yanaşdıqda təbii ki, həmin müəssisələrin özəlləşdirilməsi fikri gündəmdədir. Eyni zamanda, ötən il ölkə başçısının birbaşa olaraq ictimailləşdirdiyi böyük özəlləşdirmə proqramı çərçivəsində də bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ehtimalı güclənib. Düşünürəm ki, böyük ehtimalla gələcək dövrlərdə bu istiqamətdə nəhayət, real addımlar atıla bilər. Təbii ki, mənzil-kommunal sahələri özəlləşdirilərsə, onların təklif etdiyi xidmətlərin keyfiyyəti də yüksələ bilər. Amma ola bilsin bu hal ilkin olaraq kommunal xidmətlərin qiymətlərində də öz əksini tapa bilsin, bahalaşma baş versin. Hazırda bu müəssisələrin sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması məsələsi müəyyən mənada tariflərin bahalaşmasını gündəmə gətirir. Bununla yanaşı göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsini də müşahidə edəcəyik. Digər tərəfdən, dövlətin bu istiqamətə ayırdığı əlavə dotasiyaların dayandırılması yolu ilə büdcəyə qənaət ediləcək. Eyni zamanda, müəssisələrin şəffaf şəkildə idarə edilməsi bu sahə üzrə orta və uzunmüddətli dövrdə təklif olunan xidmətlərin maya dəyərində müəyyən qədər azalmalara gətirib çıxara bilər ki, son nəticədə bu da uzunmüddətli dövr üçün kommunal xidmətlərin yenidən optimallığının təmin olunmasına dəstək olacaq”.

 

ELÇİN
Yenicag.Az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv