Reklam: High Technic
hightechnic

Jirinovski Türkiyəyə görə Hollandiyanı ittiham etdi: “Türkiyənin güclənməyindən qorxurlar”  

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Avropa ölkələrinin Türkiyəyə qarşı yolverilməz davranışlarını pisləyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, RLDP sədri Vladimir Jirinovski televiziya çıxışında Hollandiyanın Türkiyəli nazirlərin səfərinə yaratdığı maneəni kəskin pisləyib:

“Hollandiyanın bu hərəkəti həyasızlıqdır. Türk nazirin öz soydaşları ilə görüşünə imkan verilmir. Onun öz soydaşları ilə qapalı məkanda görüşmək haqqı var. Nazirin əlindən tutub sərhədə aparırlar. Demokratiya budurmu? Vaxtilə Türkiyə ilə aramızı vurdular. Ərdoğan bir prezident olaraq, Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir”.

Yeniçağ.Az

www.yenicag.az

109