Reklam

Reklam

Zaqatalada bir qadın və iki uşaq evdə ölü tapılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N.Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Meyitlər tibbi müayinə olunmaq üçün Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının uşaqlarıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1307
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."