!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist vəsiqələrinin dəyişdirilməsində YENİLİK: "Yeni iş yerində..." - AÇIQLAMA

!Reklam – Yazi

“Əgər jurnalistin işinə xitam verilibsə, son iş günü jurnalist vəsiqəni işlədiyi media subyektinə, media subyekti isə vəsiqəni Medianın İnkişafı Agentliyinə təhvil verməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Media Reyestrində qeydiyyatdan keçən jurnalistin sonradan iş yerini dəyişməsi proseduruna münasibət bildirən MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O, bildirib ki, Media Reyestrindən keçən jurnalistin sahib olduğu jurnalist vəsiqəsi yalnız çalışdığı media qurumuna məxsus olur:

“Jurnalist vəsiqəsi əldə etdikdən sonra həmin vəsiqədə hansısa səhv aşkar olunarsa, vəsiqədəki məlumat dəyişərsə və ya vəsiqə yararsız hala düşərsə, bu halda həmin şəxs Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Əgər jurnalistin işinə xitam verilibsə, son iş günü jurnalist vəsiqəni işlədiyi media subyektinə, media subyekti isə vəsiqəni Medianın İnkişafı Agentliyinə təhvil verməlidir. Bundan sonra isə jurnalist başqa işə düzəlibsə,  müqavilə bağlandıqdan sonra yeni jurnalist vəsiqəsi üçün Medianın İnkişafı Agentliyinə müraciət olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv