!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Jurnalistə iki otaq verib, başına qaxınc edirlər, özləri isə..." - Qulu Məhərrəmlidən Əli Həsənova çağırış

!Reklam – Yazi

“Jurnalistə iki otaq verib, başına qaxınc edirlər, amma özləri dəyəri milyonlarla ölçülən sərvətin sahibi olurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun sosial şəbəkələrdə və mediada açıqlanan sərvətinə münasibət bildirən professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmlinin sözlərinə görə, ölkədə yüksək vəzifə tutan şəxslərin çoxunun öz şəxsi rifahlarını təmin etmək barədə düşündükləri heç kəsə sirr deyil:

“Əlbəttə, çox təəcüblüdür ki, məmurların əksəriyyəti vəzifəyə təyin olunanda, dövlətə xidmət etmək və ona tapşırılan işlə məşğul olmaq əvəzinə, ancaq sərvət toplamaq haqda düşünür. Yəni vəzifələrindən, səlahiyyətlərindən sui-istifadə edərək, özlərinin, ailələrinin oğul-uşaqlarının gələcəyinin “qayğı”sına qalırlar.

Elələri üçün millət, xalq, dövlət anlayışı ikinci dərəcəli məsələdir. İndi də daha bir keçmiş vəzifə sahibinə məxsus olduğu bildirilən əmlakın siyahısı yayımlanıb. Belə məlum olur ki, o insan vəzifədə olduğu uzun illər ərzində yalnız sərvət toplamaqla məşğul olub”.

Professorun fikrincə, Əli Həsənov onun olduğu deyilən əmlakla bağlı özü açıqlama verərək, məsələyə aydınlıq gətirməlidir:

“Amma belə görünür ki, həmin məlumatlar heç də həqiqətdən uzaq deyil. Bununla bağlı nə etmək olar? Cəzalandırmaq məni o qədər də məmnun etmir. İnsandır və Azərbaycanda sərvət yığan məmur tək o deyil. Görün, ondan yuxarı və aşağı vəzifələr tutan nə qədər məmur bu millətin sərvətini yağmalayır…

Belə hallarla əlaqədar hər hansı cəza tədbirinin görülməsi müvafiq dövlət orqanlarının işidir. Amma elə bir forma tapılmalıdır ki, bundan sonra yüksək postlarda çalışanlar onlara etibar olunan vəzifəyə bu dərəcədə təmənnalı yanaşmanın yolverilməzliyini anlasınlar.

Hesab edirəm ki, halal yolla deyil, başqalarının bədbəxtliyi üzərində qazanılmış sərvət müsadirə olunaraq, dövlətin ixtiyarına verilməlidir. Belələri jurnalistə iki otaq verib, onun başına qaxınc edirlər, mənəvi cəhətdən bir çoxlarını eybəcərləşdirirlər, zombiləşdirirlər. Amma özləri dəyəri milyonlarla ölçülən sərvətin sahibi olurlar. Bu, böyük əxlaqsızlıqdır və qarşılığında sərt tədbirlər görülməlidir”.

Aslı İsmayılzadə

www.yenicag.az

1795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv