!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalisti həbs etdirməyə çalışanlar kimlərdir? - Cəmil Məmmədli iddialara aydınlıq gətirdi

!Reklam – Yazi

“İttihamlar nəinki saxtadır, hətta əminliklə deyirəm ki, yalan ifadələr üzərində qurulub”.

Yenicag.az xəbər verir ki, bunu haqqında mediada yazılmış ittiham və iddialara münasibət bildirən jurnalist Cəmil Məmmədli sosial media hesabında qeyd edib.

Jurnalist barəsində yayılmış dəldəduzluq və şantaj iddialarının qaynağı Quba rayonunun keçmiş icra başçısı Ziyəddin Əliyevdir:

“Deməli, avqustun 4-də, cənab nazir Vilayət Eyvazovun şimala səfəri gözlənilir. Bu səfərdə də onun qəbuluna mənimlə bağlı ağ yalanlar danışmağa adamlar hazırlanıb. Sadəcə iki gün qabaq, bu informasiyanı da yaydılar… Bu maddələr, bu istintaq barədə mən özüm dəfələrlə danışmışam, hamı da məlumatlıdır ki, məni göz görə-görə şərləyiCəmrlər. Ancaq durduğu yerdə, hansısa bir media orqanının yadına bu informasiya indi niyə düşdü? Çünki cənab nazir şimala gələcək. Hətta deyirlər ki, baş prokurorun da səfəri gözlənilir və onun da qəbuluna mənimlə bağlı şikayətçilərin “yazıldığı” söylənilir… Dava ancaq məni həbs etdirməkdir.

Həbsimin birbaşa tələbkarları, Quba rayon keçmiş icra başçısı Ziyəddin Əliyev və onunla bir komandaya qatılmış Həbibovlar ailəsidir.

Vasitəçilər isə iki dəfə dələduzluq etdiyi üçün həbs olunan reket jurnalist Dəyanət Məmmədov (Azərsoy), YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov, YAP-ın keçmiş rayon təşkilatıın sədri Nazim Ağayevin əmisi oğlu Ağasalam Ağayevdir…

Bütün oyunu hüquqi cəhətdən və tanışlıqla “düzüb-qoşan” vəkil Cavad Cavadovdur…

221-ci maddə isə Xaçmaz polisi tərəfindən, hər ehtimala qarşı mənə qurulan bir “torba” idi ki, əgər heç biri alınmasa, heç olmasa 221-lə həbsimə nail olsunlar.

İttihamlar nəinki saxtadır, hətta əminliklə deyirəm ki, yalan ifadələr üzərində qurulub.
Balaca ədaləti olan adamlar, şimaldakı başqa polis və digər hüquq mühafizə, xüsusi xidmət orqanları əla bilir ki, mən bu günə qədər bir kəsdən bir manat pul almamışam, əksinə pul alan reketlərin ünvanına, birbaşa dəfələrlə efirlərdən bu əməli “fahişəliyə” bərabər tutduğumu bəyan etmişəm.

İnanıram ki, dövlət hər kəsi olduğu kimi tanıyır və haqq gec-tez öz yerini tutacaq…”

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv