Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Jurnalistlər işsiz qalır? robot tərəfindən yazılan ilk məqalə dərc edildi

“The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc olunub.

Yenicag.az xəbər verir ki, “ReporterMate” adlı robot nəşrin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyükhəcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.

N.Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.

Jurnalistin sözlərinə görə, süni intellektin müstəqil şəkildə böyükhəcmli material hazırlaması hələ ki, real səslənmir./AZƏRTAC/

www.yenicag.az

1170
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM