!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlərə QADAĞA: Paşinyanı uzaqdan belə çəkməyə İCAZƏ VERİLMƏDİ

!Reklam – Yazi

Ötən gün Yerabluru ziyarət edən Paşinyanın fotosunu belə çəkməyə icazə verilməyib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın jurnalist təşkilatları bəyanat yayıblar.

“Martın 5-də Yerablurda baş nazir Nikol Paşinyan Vazgen Sarkisyanın məzarını ziyarət edəndə orada jurnalistlərin işinə mane oldular.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçmədiklərini əsas gətirərək jurnalistləri və operatorları ərazidən uzaqlaşdırıblar.

Jurnalistlərin hətta uzaqdan çəkiliş aparmaq cəhdləri də baş tutmayıb. Onlar hüquq-mühafizə orqanlarının nümayəndələrinin kəskin müqaviməti ilə üzləşiblər.

Biz, jurnalist təşkilatları, qeyd edirik ki, bu qadağa və akkreditasiya üçün rəsmi tələb qəribə və qəbuledilməzdir.

Biz qəzəbimizi bildirir və bu əsassız məhdudiyyəti pisləyirik”, – Ermənistan jurnalist təşkilatlarının bəyanatında deyilir.

Xuraman Etibarlı

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv