!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlərin 3-CÜ BİNASI: KİV nümayəndələri Prezident İlham Əliyevə müraciət etdilər

!Reklam – Yazi

Ölkədə fəaliyyət göstərən bir qrup KİV nümayəndəsi Prezident İlham Əliyevə müraciət edib.

Yenicag.az-a daxil olan məlumata əsasən, onlarla media orqanını təmsil edən 86 jurnalistin imzaladığı müraciətdə Prezident İlham Əliyevin 19 iyul 2017-ci il tarixli müvafiq Sərəncamı əsasında KİV nümayəndələri üçün inşa edilən və tikintisi artıq bir neçə ildir başa çatdırılan sayca 3-cü binanın təyinatı üzrə jurnalistlərə verilməsinin təmin edilməsi xahiş olunub.

Müraciətin yekununda bu addımn “Heydər Əliyev ili” çərçivəsində evsiz jurnalistlərə ikiqat sevinc yaşadacağı vurğulanıb:

“Cənab Prezident!

19 iyul 2017-ci ildə verdiyiniz Sərəncamla tikilən jurnalistlər üçün üçüncü binananın tikintisi xeyli vaxtdır ki, başa çatıb. 3 ildən çoxdur ki, aralarında Şəhid Ailəsi üzvləri, Qarabağ müharibəsi iştirakçıları və uzun müddətdir informasiya müharibəsində fəaliyət göstərən jurnalistlər olan media nümayəndələri Sizin köməyinizlə ev probleminin həllinə ümid edirlər. Sizin Sərəncamınızla elan edilən “Heydər Əliyev ili” çərçivəsinndə jurnalistlərə növbəti hədiyyəniz bizlər üçün ikiqat sevinc olardı”.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv