!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” təşkil ediləcək

!Reklam – Yazi

“Dinc Dünya” Araşdırma Mərkəzi peşəkar jurnalistlər üçün təlimlərə başlayır

Layihənin adı: “Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri”nin təşkili.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin təlim müddəti 23 apreldən 31 iyul 2022-ci ilə qədərdir. Təlimlərə qoşulmaq istəyən jurnalistlər aprelin 22-nəcən müraciət edə bilərlər.

Layihə Müdafiə Nazirliyinin təlim mərkəzlərində bütün qoşun növləri üzrə ayrı-ayrı hərbi hissələrdə, poliqonlarda reallaşacaq.

Layihənin məqsədi:

  • Silahlı Qüvvələrin mütəxəssisləri ilə bu sahədə çalışan jurnalistlərə ekstremal hallarda işləməyin psixoloji əsaslarına uyğun olaraq təcrübə poliqonu təlimləri vermək;
  • təhlükəli və münaqişəli zonada sağ qalmanın universal qaydalarını aşılamaq;
  • BDU-nun Jurnalistika Fakültəsinin professor-müəllim heyəti ilə “alınmış materialın studiya həllini və yayım metodlarını” açıqlamaq;
  • beləliklə, sürətlə inkişaf edən qlobal münasibətlər sistemində ictimai məlumatlandırmanın gərəkən yeni prinsipləri ilə Media mənsublarının təminatına çalışmaqdır.
  • İstənilən məzmunda baş verən münaqişə yerinə gəlmiş, amma ekstremal situasiyalarda işləməyin qayda-qanunlarını bilməyən mülki jurnalistlər ilə ekstremal situasiyalara cavabdeh olan, amma demokratik proseslərin tələblərinə çətinliklə uyğunlaşan “güc strukturları” nümayəndələri arasında yaranan konfliktlərin həlli variantını axtarmaq, hər iki tərəfi maarifləndirməyə cəhd etmək layihənin əsas məqsədidir.

Bu təlimləri planlaşdıran “Dinc Dünya” Araşdırma Mərkəzinin yaratdığı KJM – Konflikt Jurnalistikası Məktəbi bu tip problemləri həll etmək məqsədilə indiyə qədərki fəaliyyətində belə bir qaydalar bazasının yaradılması üçün хeyli hazırlıq işləri görüb, «konflikt jurnalistikası»-nın nəzəri və təcrübi məsələlərini kifayət qədər araşdırıb, beynəlxalq təcrübələrin tətbiqi, çatışmazlıqların həlli variantlarını müəyyənləşdirib, reportyor, operator və fotomüxbirlərə səngər təlimini kursu keçib, təlimin bitkin modelini yaradıb, ekstremal jurnalistlər üçün müntəxəbat bazası olan yaddaş kitabı yazıb, çap edib.

Layihə çərçivəsində görüləcək işlər

Layihə silahlı qarşıdurmadan, savaşdan, terrordan, həmçinin sülh zamanı güc qurumlarının fəaliyyət sahəsindən, KİV-lər üçün material hazırlayan reportyorlara və araşdırmaçı müxbirlərə –

ekstremal situasiya meydanlarında – müharibələrdə, terror və başqa fövqəladə hadisələrdə təcrübə toplamış stringer jurnalist repоrtyоrlarımızın, bütün nov qoşun növündən olan zabitlərimizin, sosioloq, psixoloq, politoloq mütəxəssisimizin səyi ilə:

  • yazılı, şifahi və hərəki psixoloji test sınağından keçirəcəyik (Bununla təlim keçmək istəyənlərin bu sahədə işləməyə temperativ hazırlığını müəyyənləşdirəcəyik;
  • seçilmiş dinləyicilərimizə yay poliqon təlimlərinə qədər:
  • qorxu (fobiya), duyğusal davranış, hadisələrə yanaşma temperamenti və s. psixoloji hazırlıq təlimləri edəcəyik; O cümlədən:
  • Ölkə prezidentinin 24 sentyabr 2014-cü ildə sərəncam verməsinə gətirib çıxardan səbəblər;
  • Məlumat alan, araşdiran və yayan jurnalistlər üçün hüquq bilgiləri;
  • “Münaqişə jurnalistikası” sahəsində işləyənlərin bilməli olduqları Qanun və Normativ Aktlar (Ekstremal şəraitdə qanunların tələb etdiyi vəzifələr və məsuliyyətlər, informasiya toplamaq və yaymaq hüququnu məhdudlaşdıran hallar (Dövlət sirləri, peşə sirləri və qanunla qorunan digər sirlər);
  • Çağımızın Kiber informasiya savaşları. psixotron təsir vasitələri (Qlobal siyasətdə informasiya amili, informasiya siyasəti, milli məsələlərdə informasiya təhlükəsizliyi. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizlikdə yeri və rolu) mövzuları tədris edəcəyik.
  1. Təlimalanları yay hərbi təlimi vaxtı MN-in poliqonlarında:
  • MN-in ümumqoşun təlimi zamanı hərbi texnikanın savaşaoxşar öyrətim gedişini izləyəcəyik;
  • arxa cəbhədən döyüş səhnəsinə yollanacağıq, yürüş qaydalarını öyrənəcəyik;
  • çöl şəraitində təbiətdən qidalanmanı təmin edəcəyik;
  • qəza anında xilasolma yollarını praktik təlim edəcəyik;
  • Səngərlərdə, təpəliklərdə, uçurumlarda, qayalıqlarda, cığırlarda, yolda, aşırımda, minalanmış sahələrdə, snayper təhlükəsində və s. davranışla bağlı bilgiləri öyrənəcəyik;
  • düşmənin mümkün imitasiya vasitələri ilə qarşılaşmada yayınma təcrübələrini müəyyənləşdirəcəyik;
  • döyüşçülərlə ünsiyyətin özəlliklərindən danışacağıq, hərbi bölmələrin yaşam prosesində iştirak edəcəyik, bölmələrin gün nizam qaydalarında yaşayacağıq;
  • bu şəraitdə ictimailəşdirilməsi gərəkən mövzuları, lazım olan nüansları dəqiq tuta bilməyi dəqiqləşdirəcəyik;
  • jurnalistlərlə yerindəcə informasiya mənbəyinə, informasiyaya yanaşma qaydalarını və tələblərini analiz edəcəyik. Dünyada tanınmış stringer jurnalistlərin təcrübələrindən çıxış edərək informasiya verənlə işləməyin – dil tapmağın, informasiya almağın və emal etməyin üsul və vasitələrini müzakirə edəcəyik; ekstremal hallarda jurnalistin psixoloji davranış qaydalarını dəqiqləşdirəcəyik; dövlət və hərbi sirrin nədənliyini, ictimailəşdirilməsi qadağan olunan, yaxud ertələnməli olan məlumatları dəqiqləşdirəcəyik.
  1. 8 gün çəkən bu təlimlərdən sonra təlim iştirakçılarının KİV-lər üçün hazırladıqları verilişləri, məqalələri, xəbərləri, oçerkləri, müsahibələri və s. müzakirə edəcəyik.
  2. Təlimalanlara poliqondan sonra Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasında:
  • Hərbi sahədən informasiya alma, emal etmə və yayım təcrübələri. (Audiovizual materialların işlənməsi səriştəliliyi), (Qəzet-jurnal materiallarının işlənməsi səriştəliliyi).
  • Çağımızda baş vermiş savaşlardan, terror hadisələrindən yayımlanan informasiyaların, videoçarx­ların daimi izlənməsi, müzakirə edilməsi.
  • Hərbi nitq mədəniyyətinin leksik və üslubi məsələləri.
  • Savaş dövründə informasiyanın KİV-də yayımlanması barədə metodiki məsləhətlər.
  • Hərbdə demokratiya anlayışı. Hərbi doktrina nə üçündür. Hərbi sirr və mətbuat (Məxfilik rejimi).
  • İstintaq və təhqiqat. İnformasiyanı yaymaqda jurnalist tərəfsizliyi. Ordu və KİV arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinin etik aspektləri mövzusunda mühazirə-təlimlər edəcəyik.
  1. Təlimin nəticəsi olaraq son toplantıda öyrənənlərə “DİPLOM” təqdim edəcəyik.

Qeyd: Layihə barədə əlavə bilgi almaq istəyənlər zəng edə bilərlər. 050 33 22 910; 077 415 15 25; +994 50 320 37 08. Təlimlərə qatılmaq istəyənlər [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsinin surətini və özü barədə qısa (iş yeri, telefon nömrəsi, təhsil aldığı ali məktəb barədə) məlumat göndərməlidir.

Təkrar edirik! Təlimalan statusunu qazanma müddəti 22 aprel 2022-ci ilə qədərdir.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv