!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kabusa çevrilən AĞCAQANADLAR: Onlardan canımızı necə qurtaraq? – HƏLL YOLLARI

!Reklam – Yazi

Yayda gecələr qısaqol paltarda yatmaq istəsək də, ağcaqanadlar buna imkan vermir. İsti havada rahat gəzməyə, istədiyimizi geyinməyə imkan verməyən ağcaqanadlar az qala kabusa çevrilir.

Yenicag.az ağcaqanadlardan təbii şəkildə qurtulmanın yollarını təqdim edir:

1. Efir yağları: Lavanda bitkisi kimi ətirli yağlar ağcaqanadların sevmədiyi qoxular arasındadır. Məlum olduğu kimi, ağcaqanadları daha pis qoxular cəlb edir. Bu səbəblə aromatik yağları evinizdə saxlamaq və bu yağları hava axını ilə otağın bir küncündə efir yağları kimi istifadə etmək ağcaqanadların qısa müddətdə qaçmasına kömək edəcək. Ağcaqanadlardan xilas olmaq istəyirsinizsə, lavanda, nanə, evkalipt və çay ağacı yağlarının təbii qoxularından kömək ala bilərsiniz.

2. Dəfnə yarpağı: Təbii qoxulu dəfnə yarpağı ağcaqanadlara qarşı qorumanı təmin edir. Dəfnə yarpağının yandırılması buxur effekti yaradır və bu qoxu ağcaqanadları dəf etməyə kömək edir.

3. Limon və mixək: Təbii ətir qarışığı olan limon və mixəkdən evdə istifadə etdiyiniz zaman ağcaqanadlar sizi narahat etməyəcək. Deməli, limonun yarısının üstünə mixək qoyaraq onu evinizdə hava axını olan yerdə yerləşdirirsiniz. Bir az keçdikdən sonra yaranan qoxudan ağcaqanadlar və digər zərərvericilər evinizdən qaçacaqlar.

4. Bibəriyyə (Rozmarin): Kəskin təbii qoxusu olan rozmarin ağcaqanadların sevmədiyi qoxular arasındadır. Evinizin müxtəlif yerlərində rozmarin yarpaqlarını asdığınız zaman ağcaqanadlar sizdən uzaq duracaq. Onu evinizin girişində və ya pəncərələrdə yerləşdirin. Çünki hava axını olan yerdə rozmarin qoxusunu daha çox yayır.

5. Reyhan: Təzə reyhan bitkisini qabda otağın küncünə qoymaqla ağcaqanadlardan canınızı qurtara bilərsiz. O, həmçinin otağın havasını da dəyişməyə kömək edəcək.

Sadiq Cavadov

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv