!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kadinin “Qarabağ”a qayıdıb-qayıtmayacağı bəlli oldu

!Reklam – Yazi

Bu qış “Krasnodar”dan ayrılması gündəmdə olan Kadi Borgesin bir neçə təklifi var.

Yenicag.az xəbər verir ki, onun “Qarabağ”a qayıtmayacağı dəqiqləşib.

Düzdür, ağdamlılar Rusiya təmsilçisinə satdıqları oyunçu ilə maraqlanıblar. Lakin Rusiya təmsilçisinin istədiyi məbləğ Azərbaycan klubunu bu plandan vaz keçməyə məcbur edib.

Belə ki, “Krasnodar” müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan “sambaçı” üçün 7 milyon avro istəyir. Braziliyalının maaş tələbi də kifayət qədər yüksəkdir – illik 2 milyon avro. Sözügedən oyunçunun həm Birləşmiş Ərəb Əmirliklərindən, həm də Səudiyyə Ərəbistanından yetərincə cazibədar təklifləri var. Kadi hazırda bu iki ölkədən aldığı çağırışlar arasında seçim edir./Qafqazinfo/

Qeyd edək ki, “trasnfermarkt” portalı Kadinin transfer qiymətini 3,5 milyon avro ilə dəyərləndirir.

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv