!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırov: "Belə lider əsrdə bir dəfə doğulur" - FOTO

!Reklam – Yazi

“Belə lider əsrdə bir dəfə doğulur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

Kadırov Putin haqqında yüksək fikirlər səsləndirərək deyib ki, Putin kimi ölkənin taleyini ürəkdən düşünən lider Rusiya üçün böyük nadir tapıntı və şansdır.

“Bir daha deməyə əsasım var ki, mən son dərəcə xoşbəxt insanam. Nəhəng ölkəmizin ümumxalq liderinin təbriklərini almaq hədsiz dərəcədə xoş və təsir edicidir.

O, Rusiyaya onun üçün ən çətin zamanda, ölkənin dağılmaq ərəfəsində olduğu bir vaxtda rəhbərlik edib. Vladimir Putin o çətin vaxtlarda ruslara hər cür dəstək verməklə fəlakətin qarşısını ala bildi. Vətənin taleyi üçün ürəkdən narahat olan belə bir lider əsrdə bir dəfə doğulur”, – Çeçenistan rəhbəri bildirib.

Çeçenistan liderinin sözlərinə görə, “əgər biz onu dəyərləndirməsək, bizim qiymətimiz bir qəpikdir”.

Kadırov həmçinin qeyd edib ki, o, ad günündə Vladimir Putindən təbrik aldığı üçün xoşbəxtdir.

Xuraman Etibarlı

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv