!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırov “çılpaq” gecənin iştirakçılarını Çeçenistana DƏVƏT ETDİ

!Reklam – Yazi

Kadırov “çılpaq” gecənin qonaqlarını müharibəyə göndərməyi təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb. O, İvleyevanın “çılpaq” gecəsinin qonaqlarını Rusiya Xüsusi Qüvvələr Universitetində könüllü hazırlığı kursları keçmək üçün Qudermesə dəvət edib.

Kadırovun fikrincə, bu, qalmaqallı hadisənin iştirakçılarına bəraət üçün kömək edəcək.

“İctimaiyyətin qəzəbinə tuş gələn hər kəsə daha şərəfli davranmağı və Şimal Hərbi Dairəsinə, onun qəhrəmanlarına aidiyyətini maddi əməllə sübut etməyi tövsiyə edirəm”, – Kadırov qeyd edib.

Onun sözlərinə görə, söhbət, digər məsələlərlə yanaşı, xüsusi təyinatlılar üçün təlimlərin təşkilində və gündəlik həyatın təşkilində iştirakdan gedir.

“Onlar yeməkxanada, camaşırxanada, təcili yardım məntəqəsində xidmət edə bilərlər ki, bu da ölkə üçün çətin bir dövrdə vətənpərvərlik və empatiya nümayiş etdirən həqiqi bir tədbir olacaq.

Hər kəsi bağışlaya bilərsən, əsas odur ki, səmimiyyət sözdə deyil, real əməldədir”, – o bildirib.

Xatırladaq ki, İvleyevanın gecəsi dekabrın 21-nə keçən gecə baş tutub. Tədbir qonaqlardan “demək olar ki, çılpaq” gəlmələri tələb olunduğu üçün bədnam olub və əksəriyyət bunu edib.

Qalmaqal başlayandan sonra İvleyevanın özü, Filipp Kirkorov, Kseniya Sobçak, Lolita və digər ulduzlar üzr istəyib.

Federal Vergi Xidməti İvleevanın 137 milyon rubl (təxm. 2 600 ooo man.) borcu olduğunu müəyyən edib. Bu faktla bağlı araşdırma aparılır.

Bundan əlavə, şənliyə qatılan ulduzlar yeni il çıxışlarını ləğv etməyə başlayıblar.

Xuraman Etibarlı

 

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv