!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırov ƏMR VERDİ: "Alnından güllələyin"

!Reklam – Yazi

Kadırov Dağıstanda iğtişaşlar fonunda Çeçenistanda təxribat cəhdinin qarşısının alındığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları ilə keçirdiyi müşavirədə deyib.

O, bazar ertəsi gecə Dağıstanda kütləvi iğtişaşlar fonunda bölgədə saxta zənglər vasitəsilə təxribat cəhdinin qarşısı alındığını bildirib.

O, çeçen hüquq-mühafizə orqanlarının əməkdaşlarına iğtişaşların təhrikçilərini ya saxlamağı, ya da alnından güllələməyi tövsiyə edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, təxribata təhrik edənlər dərhal tutulmalıdır. Ancaq başqa bir seçim var:

“Havada üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Daha çıxmayacaqlar. Bu, mənim əmrimdir”, – Kadırov tapşırıb.

Xuraman Etibarlı

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv