!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovun 15 yaşlı oğlu 9-cu mükafatını ALDI - FOTO

!Reklam – Yazi

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov növbəti mükafatını alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası mlumat yayıb.

Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov yenidən təltif edilib. Bu dəfə o, “Rusiyanın Əmək Şücaəti” ordeni və 1-ci dərəcəli “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalına layiq görülüb.

Çeçenistanın milli siyasət və xarici əlaqələr naziri Əhməd Dudayev bildirib ki, mükafatlandırma mərasimi “Rusiyanın əmək şücaəti” Ümumrusiya ictimai təşkilatının təşkil etdiyi tədbir çərçivəsində baş tutub.

Adamın hazırda müxtəlif dərəcələrdə doqquz mükafatı var.

Sosial şəbəkələrdə isə Ramzan Kadırov və oğluna ünvanlanmış tənqidi şərhlərin sayı-hesabı yoxdur.

Xuraman Etibarlı

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv