!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovun 17 yaşlı oğlu əməkdar işçi adını qazandı

!Reklam – Yazi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu 17 yaşlı Axmat Kadırov bir il ərzində gənclər siyasəti sahəsində əməkdar işçi adını qazanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov “Telegram” kanalında məlumat verib.

Millət vəkili qeyd edib ki, Axmat gənc nəslə kömək edən müxtəlif tədbirlər təşkil edir.

Axmatın belə gənc yaşda hansı xüsusi xidmətlərinə görə fəxri ada layiq görüldüyünü Delimxanov açıqlamayıb.

17 yaşlı Kadırov 2022-ci ilin sentyabrında “Birincilər Hərəkatı” uşaq və gənclər hərəkatının regional bölməsinin Şurasına rəhbərlik edib.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv