!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovun oğullarını döyüşə çağıran bloger HƏDƏLƏNDİ - FOTO

!Reklam – Yazi

Qazaxıstanlı bloger Kadırovun oğullarını boks yarışına çağırıb və hədələr almağa başlayıb.

Yenicag.az xəbər verir ki, qazaxıstanlı Oljas Raximjanov Kadırovun oğullarını videomüraciətlə döyüşə çağırıb. Bundan sonra o, Kadırovun adamlarından hədələr almağa başlayıb.

“Kadırovçular” Adam Kadırovu döyüşə çağırmağa cəsarət etdiyinə görə qazaxıstanlı oğlana zəng edərək ailəsini hədələyirlər. Deyirlər ki, guya o, bütün çeçen xalqını təhqir edib.

Bundan sonra Raximjanov üzr videosu çəkib:

“Əgər bütün çeçen xalqını incitmişəmsə, üzr istəyirəm. Mən Adam və Əli Kadırovu sırf idman marağına görə döyüşə çağırdım. Bundan sonra məni və ailəmi hədələməyə başladılar”.

Qazaxıstan sakinləri yaranmış vəziyyətə reaksiya veriblər. Onlar təhqir dolu videolar yayır və Kadırovun tərəfdarlarını “Qazaxıstana gəlib məsələni yoluna qoymağa” çağırırlar.

Xuraman Etibarlı

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv