!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kahramanmaraşda qəribə hadisə: Bir boşqab da qırılmayan şüşə qablar mağazası… – VİDEO

!Reklam – Yazi

Kahramanmaraşda yerləşən şüşə qablar mağazası zəlzələdə heç bir xəsarət almayıb.

Yenicag.az xəbər verir ki, mağazadakı boşqablar da daxil olmaqla içindəki əşyaların heç biri yerindən tərpənməyib.

Yaşayış binasının birinci mərtəbəsində yerləşən şüşə qablar mağazası zəlzələnin baş verdiyi 6 fevral tarixindən qapalıdır. Lakin mağazada heç bir əşyanın, o cümlədən çini boşqabların belə qırılmadığı diqqət çəkib.

Mağazanın düz qarşı tərəfindəki yaşayış binasının dağıntıları arasında isə axtarış-xilasetmə işləri aparılır. Mağaza yoldan keçənləri təəccübləndirib.

“Buranı təsadüfən gördüm. Heyrətə gəldim. Bir boşqabın belə yerindən tərpənməməsi Allahın təqdiridirmi, ya binanın sağlam olmasımı deməkdir, ya da ehtiyat tədbirlərimi görülüb, bunlar mübahisəlidir. Küçədəki bir çox binalar dağılıb. Dağılmayan binalara da ziyan dəyib. Çox maraqlı vəziyyətdir. Heyrət içindəyəm”, – deyə zəlzələ qurbanlarından olan Selattin Qazihanoğlu bildirib.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv