!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kaliforniya ABŞ-ın tərkibindən çıxa bilər

!Reklam – Yazi

Kaliforniya ştatının ABŞ-ın tərkibindən çıxmasını (“Calexit”) istəyənlər imza toplama mərasiminə başlayıb.

Yeniçağ.Az APA-ya istinadən məlumat verir ki, 180 gün ərzində azı 585 min 500 nəfərin imzası toplanmalıdır ki, bu da ştat əhalisinin 8%-ni təşkil edir.

İki gün bundan öncə ştatın daxili işlər naziri imzaların toplanmasına icazə verib. “Calexit” təşəbbüskarları lazımi sayda imza toplaya bilsə, 2018-ci ilin noyabr ayında Kaliforniyanın ABŞ-ın tərkibindən çıxarılması barədə referendum keçiriləcək.

Xatırladaq ki, Kaliforniya ştatının 61,5%-i son prezident seçkilərində Hillari Klintona səs verib.

Kaliforniya əhalinin sayı baxımından ABŞ-ın ən iri ştatıdır. Ştatın əhalisinin sayı 39 mln. nəfərdən çoxdur.

Yeniçağ.Az

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv