Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kamaləddin Qafarov Binəqədi gənclərini təbrik etdi - FOTO

Reklam: Sinerji Pro

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 31-də Baksol yaşayış massivində seçicilərlə görüşüb.

Yenicag.az-ın məlumatına görə, K. Qafarovu səmimiyyətlə qarşılayan sakinlər yaşayış massivinin infrastrukturunda olan mövcud çatışmazlıqlar və problemlər haqqında ətraflı məlumat veriblər. Onlar fevralın 9-da layiqli namizədə səs verəcəklərini bildiriblər.

* * *
Həmin gün Yeni Azərbaycan Partiyasından VI çağırış Milli Məclis deputatlığına namizəd Kamaləddin Qafarov fevralın 2 –də qeyd olunacaq Gənclər günü ərəfəsində Binəqədi rayonunun gənc fəalları ilə görüşüb.

Gənclər gününün tarixi, onun keçirilmə ənənəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Kamaləddin Qafarov ölkəmizdə uğurla reallaşan gənclər siyasəti haqqında danışıb. Gənclərin ölkə əhalisinin 26 faizini təşkil etdiyini bildirən K.Qafarov onların ölkədə gedən quruculuq işlərinə verdiyi töhfələrdən söz açıb.

Musiqili- əyləncəli görşün sonunda bir qrup gənc fəala Yeni Azərbaycan Partiyasının üzvlük biletləri, Fəxri fərmanlar, bu il ilk dəfə səs verən gənclərə isə xatirə hədiyyələri təqdim olunub./Trend/

www.yenicag.az

506