!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kamaz” dəmir yoluna aşdı – Qatarların hərəkəti dayandı

!Adviad

Bu gün saat 14:10-da Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenicag.az-a verilən məlumata görə, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb.

Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər.

Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır.

Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.

 

www.yenicag.az

1565
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100